AZ

“Nyukasl”ın Bakı səfəri öncəsi heyətində dəyişiklik

BAKI, 17 fevral. TELEQRAF

İngiltərənin “Nyukasl” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ”la ilk oyun öncəsi heyətində məcburi dəyişiklik edib.
Teleqraf xəbər verir ki, baş məşqçi Eddi Hau zədəli olan isveçli müdafiəçi Emil Kraftı siyahıdan çıxararaq, onun yerinə 39 yaşlı qapıçı Con Raddini əlavə edib.

Bu qərar Kraftın dizindən aldığı ciddi zədə səbəbindən mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşdikdən sonra verilib.

Qeyd edək ki, “Qarabağ” və “Nyukasl” arasında pley-off mərhələsinin ilk oyunu 18 fevralda Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Seçilən
23
teleqraf.com

1Mənbələr