AZ

Nazirlik: Sosial ödənişin davam etməsi üçün təkrar əlillik rəsmiləşməlidir

Bakı, 17 fevral, Nailə Həsənova, AZƏRTAC

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna beş il əvvəl edilmiş dəyişikliklərə əsasən, şəxsə əlillik müddəti bitəndən sonra 6 ay ərzində yenidən əlillik təyin olunduqda əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“İlk növbədə bildiririk ki, "əlilliyin kəsilməsi" ifadəsi düzgün deyil. Əlilliyə görə aylıq sosial ödəniş alan şəxslərin əlillik müddəti bitdikdə həmin sosial ödəniş də dayandırılır. Həmin halda sosial ödənişin davam etməsi üçün təkrar əlilliyin rəsmiləşməsi lazımdır. Qeyd olunan aralıq dövr üzrə də əlilliyə görə sosial ödəniş verilir”,- deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, ötən dövrdə 56,3 min şəxs həmin ödənişlərlə təmin olunub. Həmin şəxslərə əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin edilən vaxta qədərki dövr üzrə ümumilikdə 34 milyon manat vəsait ödənilib.

Seçilən
66
3
azertag.az

4Mənbələr