Sabah keçiriləcək "Qarabağ" - "Nyukasl" oyununa 27 min 500 bilet satılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məhdud sayda qalan biletləri iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının keçid pley-off mərhələsi çərçivəsində baş tutacaq olan "Qarabağ" - "Nyukasl" görüşü fevralın 18-də Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.