AZ

ABŞ senatoru: “ İran əsgərlərimizi vura bilər”

Vətəninfo.az xəbər verir ki, dünən İsraildə səfərdə olan ABŞ-nin Respublikaçı senatoru Lindsi Qrem İranla bağlı sərt açıqlama verib. O, bölgədə mümkün eskalasiya risklərini dəyərləndirərək bildirib ki, ABŞ qüvvələri hədəf alına bilər, ancaq İranın atacağı addımların cavabsız qalmayacağı aydındır.

Senator jurnalistlərə açıqlamasında deyib: “Əsgərlərimiz bölgədə vurula bilərmi? Əlbəttə ki, vurula bilər. İran tam hücuma keçsə, cavab verə bilərmi? Bəli, bu mümkündür”.

Qrem bildirib ki, risklərin mövcudluğuna baxmayaraq, zəif mövqe nümayiş etdirmək daha təhlükəlidir. Onun sözlərinə görə, enerji təminatını dayandırmaq və tərəfdaşlara dəstək verməmək daha böyük strateji risk yaradır.

Seçilən
27
veteninfo.az

1Mənbələr