AZ

Hansı şorbalar zərərlidir? Həkim təhlükəli tərkibləri açıqladı

Qastroenteroloq Maksim Çulev bəzi şorbaların tərkibində olan maddələrin sağlamlığa ciddi zərər verə biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, o, yeməklərdə rast gəlinən təhlükəli komponentlər barədə xəbərdarlıq edib.

Mütəxəssis vurğulayıb ki, hisə verilmiş ət, kolbasa, qaymaq, emal olunmuş pendir və həddindən artıq duzla hazırlanan şorbalar qaraciyərə artıq yük salır, təzyiqi yüksəldə və orqanizmdə maye yığılmasına səbəb ola bilər.

Çulevin sözlərinə görə, yağlı ət bulyonundan bişirilən şorbalar da düşündüyümüz qədər faydalı deyil. Belə şorbalar xüsusilə qastrit, mədə xorası və yüksək turşuluğu olan insanlarda mədə divarını qıcıqlandıra bilər.

Həkim bununla yanaşı, yüngül tərəvəz şorbalarının, püre şəklində olan ilk yeməklərin və az yağlı bulyonla hazırlanan variantların daha sağlam seçim olduğunu bildirib. Bu cür şorbalar maye balansını qorumağa, tərəvəz istehlakını artırmağa və həddindən artıq yemə meylini azaltmağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
9
e-saglam.az

1Mənbələr