AZ

Məşhur aktyor proqramlara sərxoş halda çıxır iddialalarına cavab verdi

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Aktyor Ufuk Özkan son dövrlər onun haqqında yayılan iddialara aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, uzun müddətdir sağlamlıq problemləri yaşayan Özkan, özü barədə səsləndirilən fikirlərin həqiqəti əks etdirmədiyini deyib.

Özkan xüsusilə "proqramlara sərxoş halda çıxır" kimi iddiaların tamamilə əsassız olduğunu vurğulayaraq, yaşadığı nitq pozuntusunun xəstəliyinin nəticəsi olduğunu qeyd edib.

Bu vəziyyətin yanlış anlaşılmalara səbəb olduğunu deyən aktyor, karyerası boyunca heç bir layihədə və ya yayımda sərxoş vəziyyətdə iştirak etmədiyini vurğulayıb.

Qaraciyər əməliyyatından sonra bərpa mərhələsində olduğunu söyləyən Özkan, haqqında yayılan şayiələrin həm onu, həm də ailəsini üzdüyünü ifadə edib.

Bəzi iddiaların qəsdən yayıldığını düşündüyünü bildirən aktyor, ictimaiyyətin bu cür söz-söhbətlərə inanmamalı olduğunu qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
baku.ws

1Mənbələr