AZ

"Mənim kimi efirə makiyajsız çıxın" - VİDEO

Müğənni Qumral "Öz aramızda" verilişində sənət cameəsində müzakirələrə səbəb olan açıqlama verib.

Milli.Az-ın məlumatına görə, ifaçı bildirib ki, artıq bir aydır televiziya proqramlarına və müxtəlif məclislərə makiyajsız çıxır.

Qumralın sözlərinə görə, sənətdə bir çox xanım ifaçı onun stilini, səhnə obrazını və addımlarını təkrarlayır:

"Mənim etdiklərimi təkrarlayanlar çoxdur. Əgər bacarırlarsa, makiyajsız çıxmağı da təkrarlasınlar. Səhnəyə təbii halda çıxmaq hər kəsin cəsarət edəcəyi məsələ deyil".

Sənətçi vurğulayıb ki, gözəllik makiyajda deyil, insanın özünə inamındadır. Onun bu iddialı çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri Qumralın təbiiliyə üstünlük verməsini dəstəkləsə də, digərləri bunu həmkarlarına ünvanlanmış meydan oxuma kimi qiymətləndirib.

Ətraflı videoda:

Musa
Milli.Az

Seçilən
51
1
milli.az

2Mənbələr