AZ

Rektor: MICA ilə imzalanan Əməkdaşlıq Memorandumu Akademiyanın yeni inkişaf strategiyasına uyğundur

Bakı, 17 fevral, AZƏRTAC

Bu gün bir çox istiqamətlər üzrə, ilk növbədə, isə düzgün müəyyən edilmiş yeni inkişaf strategiyasının tələblərinə uyğun olaraq mühüm addım atıldı. Həmin strategiyada Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı xüsusi yer tutur, xüsusilə də Özbəkistanla münasibətlər prioritet istiqamət kimi müəyyən edilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasında akademik Urxan Ələkbərov söyləyib.

O bildirib ki, son illər bu əməkdaşlıq yeni səviyyəyə yüksəlib və artıq təhsil, analitik və elmi-tədqiqat sahələrini də əhatə edir. Bu gün Özbəkistan Prezidenti yanında fəaliyyət göstərən analitik mərkəzlə əməkdaşlıq haqqında memorandum imzaladıq. Bu mərkəz regionda kifayət qədər tanınmış qurumdur.

"İmzalanmış memorandum qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə kadr hazırlığı, birgə tədqiqatların aparılması, analitik işlərin həyata keçirilməsi və təcrübə mübadiləsi əsas istiqamətlər kimi müəyyən olunub.

Bu əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkəmiz beynəlxalq statistik göstəricilərə əsasən uğurlu inkişaf nümayiş etdirir. Bu inkişafın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən isə müasir mərhələdə uğurla davam etdirilən yeni dövlət idarəetmə texnologiyalarına əsaslanır.

Bu texnologiyaların əsas xüsusiyyəti onların optimallığı və nisbətən az resursla yüksək nəticələrin əldə olunması ilə fərqlənir.

Bu əməkdaşlıq olduqca faydalı olacaq. Çünki tərəfdaş mərkəz həm nüfuzlu qurumdur, həm də orada çalışan mütəxəssislər yüksəkhazırlıqlı və geniş beynəlxalq təcrübəyə malik şəxslərdir.

Memorandum çərçivəsində, ilk növbədə, kadr mübadiləsi nəzərdə tutulur. Müasir dövrdə bu proses daha çevik və distant formatda həyata keçirilə bilər. Yaxın günlərdə əməkdaşlığın praktiki mərhələsinə start veriləcək",- U. Ələkbərov vurğulayıb.

Seçilən
40
1
azertag.az

2Mənbələr