AZ

Azərbaycanda yer təki istifadəçilərin fəaliyyətinin sağlamlaşdırılmasına dair qaydalar hazırlanacaq

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar hazırlanacaq.

525.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, bu, "Yerin təki haqqında" qanuna təklif edilən dəyişiklik çərçivəsində baş tutacaq: "Yer təki istifadəçiləri tərəfindən istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması və dağ-mədən işləri ilə əlaqədar istehsalat tullantılarından istifadə qaydaları müəyyən edilmiş layihədə öz əksini tapıb".

Deputat qeyd edib ki, dağ-mədən tullantılarının idarə olunması üzrə qaydaların formalaşdırılması zəruridir: "Faydalı qazıntıların hasilatı prosesində əhəmiyyətli həcmdə istehsal və texnogen tullantılar formalaşır. Aparılmış hesablamalara əsasən, ölkə üzrə bu sahədə hər il orta hesabla yüz minlərlə ton tullantı yaranır və mövcud vəziyyət təhlili onu göstərir ki, tullantıların böyük hissəsi sement istehsalı üçün xammal olaraq, bir hissəsi isə tikinti və infrastruktur layihələrində təkrar istifadə olunur. Hazırlanacaq qaydaların əsas məqsədi tullantıların istifadəsinin müəyyən edilməsi, uçot və hesabatlılıq mexanizmlərinin tam tətbiq edilməsidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
525.az

2Mənbələr