AZ

“Kəpəz”in futbolçusu: “Layiq olduğumuz yerdə deyilik” MÜSAHİBƏ

ain.az, sport24.az saytına istinadən bildirir.

"Kəpəz"in futbolçusu Şakir Seyidov Sport24.az-a müsahibə verib.- Misli Premyer Liqasının XX turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzdunuz. Səncə, bu nəticəyə səbəb nə oldu?- Matça çox yaxşı hazırlaşmışdıq. Təəssüflər olsun ki, adi səhvlərdən qol buraxdıq. Bu qarşılaşmanı unutmalıyıq. Artıq növbəti görüş haqqında düşünəcəyik.- Sonuncu yerdəki "Karvan-Yevlax"la 7 xallıq fərqin olması sizdə arxayınlıq yaradır?- Heç bir rahatlıqdan söz gedə bilməz. Bizdən irəlidə olan klublara çatmaq istəyirik. İndiki durumda layiq olmadığımız yerdəyik. Birlikdə çalışmalı və bu vəziyyətdən çıxmalıyıq. - Növbəti turda çempionluğa iddialı "Sabah"la üz-üzə gələcəksiniz. "Qarabağ"la oyundakı nəticəni təkrarlaya bilərsiniz?- "Sabah" çox güclü komandadır. Geniş heyətləri var. Biz də bu matça xal qazanmaq üçün çıxacağıq. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirə bilsək, hər şey yaxşı olacaq.- Səncə, "Kəpəz"in ev oyunlarını Gəncə keçirə bilməməsi komandanın oyunlarına təsir edir?- Əlbəttə. Öz meydançamızda oynasaq, əlavə üstünlük olar. Amma azarkeşlərimiz bizi daim dəstəkləyirlər. Harada oynamağımızdan asılı olmayaraq yanımızdadırlar. - Mövsümün sonuncu klubunu dəyişmək ehtimalı varmı?"Kəpəz"lə müqaviləm var. Hazırda komandanın uğurlar qazanmasına köklənmişəm. - Ümumiyyətlə yenidən legioner həyatı yaşamağı planlaşdırırsan?- Bəli. Daha əvvəl qısa da olsa, ölkə xaricində çıxış etmişəm. Həmin vaxt icarə əsasında oynayırdım. Sonra klubum geri qaytarmışdı. Yenidən legioner həyatı yaşamaq istəyirəm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
sport24.az

1Mənbələr