AZ

Naxçıvanın xarici ticarət dövriyyəsində ixracın payı artıb

Naxçıvan, 17 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında muxtar respublikanın xarici ticarət dövriyyəsi 8 milyon 790 min 430 ABŞ dolları təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ticarət dövriyyəsinin 1 milyon 207 min 620 dollarını və ya 13,7 faizini ixrac olunmuş məhsulların, 7 milyon 582 min 810 dollarını və ya 86,3 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 19,1 faiz, o cümlədən idxal 8,4 faiz, ixrac isə 3,1 dəfə artıb.

Seçilən
75
azertag.az

1Mənbələr