BAKI, 17 fevral. TELEQRAF
Cənubi Azərbaycanın "Traktor" klubu xorvatiyalı baş məşqçi Draqan Skoçiçlə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Draqan Skoçiç 2024-cü ilin yayında "Traktor"un baş məşqçisi təyin olunub. "Qırmızı qurdlar" onun rəhbərliyi altında tarixi ərzində ilk dəfə İran çempionu olmağı bacarıb.