Rusiya Prezidenti Vladimir Putin Moskva meri Sergey Sobyanini hərbi-sənaye komissiyasının idarə heyətinin tərkibinə daxil edib.
Herbiand.az bildirir ki, bu barədə müvafiq fərman rəsmi hüquqi aktlar portalında dərc edilib.
Bu sənədə əsasən, idarə heyətininin tərkibinə Moskva merinin müavini - merin və Moskva hökumətinin aparat rəhbəri Natalya Serquninanı da daxil etmək tapşırılıb.
Rusiya Federasiyası hərbi-sənaye komissiyasının idarə heyəti Rusiya hökuməti yanında Komissiyanın fəaliyyəti ilə bağlı cari məsələləri həll edən daimi orqandır.
Bəxtiyar CƏFƏRLİ