AZ

Məşhur teleaparıcının başına iş gəldi: Babasının külündən hazırlanmış üzüyü...

Məşhur Britaniya televiziya aparıcısı və DJ Edit Bouman qatarda soyulub.

Publika.az "İtv Nnews"a istinadən xəbər verir ki, bunu aparıcı özü iddia edib.

Onun sözlərinə görə, Londondan Kembl kəndinə qatarla gedərkən çamadanı oğurlanıb.

DJ oğurlanmış çamadanda babasının külündən düzəlmiş üzüyün olduğunu deyib.

"Babam vəfat edəndə anam onun külündən mənə üzük düzəltdi. Bu o deməkdir ki, mən mağazaya gedib eyni üzüyü ala bilmərəm", - deyə o izah edib.

Seçilən
26
publika.az

1Mənbələr