AZ

Polşa Rusiyadan təzminat tələb edəcək

Polşa hökuməti Sovet təsiri altında olduğu dövr üçün Rusiyadan təzminat tələb etmək niyyətindədir. 

Missiya.Az Financial Times-a istinadən xəbər verir ki, Baş nazir Donald Tusk bu barədə göstəriş verərək Rusiyanın Polşadakı “tarixi cinayətləri” ilə bağlı araşdırma aparılmasını əmr edib.

Xatırladaq ki, ötən ilin dekabrında Polşa Almaniyadan 1,3 trilyon avro təzminat tələb etmişdi. Avropa Parlamentinin üzvü Arkadiuş Mularçik isə Rusiyaya qarşı tələblərin də gündəmə gələcəyini bildirib. O, Tuskun bu addımını “Almaniyanın hələ həll olunmamış məsuliyyətindən yayınmaq və siyasi qazanc əldə etmək cəhdi” adlandırıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
76
missiya.az

1Mənbələr