AZ

Barselona nın oyununda qalmaqal: Yamal rəqib oyunçuya hücum edib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Barselona" klubunun və İspaniya milli komandasının gənc ulduzu Lamin Yamal, ona qarşı sərt oyun nümayiş etdirən "Jirona"nın yarımmüdafiəçisi Joel Roka ilə münaqişə yaranıb və tərəflər arasında gərgin anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, matçın əlavə olunmuş 90+9-cu dəqiqəsində meydandakı qalmaqaldan sonra kütləvi dava baş verib.

Kobud qayda pozuntusundan dərhal sonra ayağa qalxan Yamal, sağlamlığına ciddi zərər vura biləcək təhlükəli müdaxiləyə görə Rokaya sərt reaksiya verib və onun üzərinə gedib. "Barselona"nın hücumçusunu sakitləşdirmək və davanın böyüməsinin qarşısını almaq üçün komanda yoldaşları bir neçə dəfə müdaxilə etməli olublar. Epizodun yekununda hakim Joelə birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb.

Xatırladaq ki, sözügedən qarşılaşmada Yamal təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Qarşılaşma "Jirona" komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
oxu.az

1Mənbələr