AZ

Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür FAKT

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

İsveçrədə avtomobil nömrə nişanları ilə bağlı maraqlı və bir çox ölkələrdən fərqli qaydalar mövcuddur. Avtosfer.az xəbər verir ki, bu ölkədə ön dövlət nömrə nişanları daha kiçik ölçüdə hazırlanır. Məqsəd isə avtomobilin, xüsusilə də bamper hissəsinin dizaynını pozmamaqdır.

Ən diqqətçəkən məqam isə nömrə nişanının avtomobilə deyil, birbaşa vətəndaşa məxsus olmasıdır. Yəni sürücü eyni nömrəni səhər bir avtomobilə, axşam isə digərinə taxaraq istifadə edə bilər. Bu, xüsusilə bir neçə avtomobili olan şəxslər üçün əlavə rahatlıq yaradır.

Bundan əlavə, İsveçrədə köhnə və qısa – 3 və ya 4 rəqəmli dövlət nömrə nişanları xüsusi prestij hesab olunur. Belə nömrələrin qiyməti açıq hərraclarda 400 min dollara qədər yüksələ bilir. Qeyd edək ki, nömrə nişanlarına olan bu fərqli yanaşma ölkədə həm estetik, həm də hüquqi baxımdan maraqlı sistem formalaşdırıb.

Eltac

Oxunub 20

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
avtosfer.az

1Mənbələr