AZ

Murat Dalkılıç, İsmail Hacıoğlu və Kaan Tangöze saxlanıldılar

Türkiyədə narkotiklərin qanunsuz istifadəsi ilə bağlı məşhurları hədəfə alan istintaq davam edir.

İstintaq çərçivəsində məşhur türkiyəli müğənni Murat Dalkılıç, "Duman" qrupunun solisti Kaan Tangöze, aktyor İsmail Hacıoğlu və Kemal Doğulu saxlanılıblar.

Bu barədə 7News.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı qeyd edilən şəxslər daxil olmaqla, ümumilikdə 17 şübhəli nəzarət altına alınıb. İstintaq çərçivəsində saxlanılan şəxslər aşağıdakılardır:

1. Hakan Tunçelli (İş adamı - "Terzi" adlı müəssisənin sahibi)

2. Sırrı Murat Dalkılıç (müğənni)

3. Rıza Kaan Tangöze ("Duman" qrupunun solisti) (17.6 qram marixuana maddəsi ələ keçirilib)

4. Murat Cevahiroğlu (5 ədəd 9 mm-lik patron müsadirə edilib)

5. Barış Talay (ümumi çəkisi 1.86 qram olan 2 paket marixuana maddəsi ələ keçirilib)

6. Hakan Kakız

7. Kamal Doğulu

8. Murat Öztürk ("Bonivex" adlı müəssisənin sahibi)

9. Murathan Kurt ("Züber" adlı şirkətin ortağı)

10. Nailcan Kurt ("Züber" adlı şirkətin ortağı)

11. Alihan Taşkın

12. Tolga Sezgin

13. Ramazan Bayar

14. Aygün Aydın

15. Buse Görkem Narcı

16. İsmail Hacıoğlu (33 qram marixuana müsadirə edilib)

17. Furkan Koçan.
Seçilən
18
2
7news.az

3Mənbələr