AZ

Azad edilən ərazilərə qayıdan sakinlərin sosial adaptasiyası üçün təkliflər hazırlana bilər

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın 2026-cı ildə ilk geniş tərkibli iclası keçirilib.

525.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, iclasda İctimai Şuranın sədri Anar Xəlilov ötən il seçilmiş tərkibdə görülən işlərin nəticələri, Böyük Qayıdışın səmərəli təşkilində Şuranın iştirakı və qarşıda duran vəzifələr haqqında məlumat verib.

"Böyük Qayıdış"ın səmərəliliyinin təmin edilməsində ictimai iştirakçılığın artırılması məsələsi iclasda əsas mövzulardan biri olub. Müzakirələr zamanı cari il üzrə Şura üzvlərinin həm müvəqqəti məskunlaşma yerlərində, həm də artıq bərpa edilmiş ərazilərdə sakinlərlə mütəmadi görüşlərinin keçirilməsi, prosesin şəffaflığını təmin etmək məqsədilə müasir informasiya-kommunikasiya vasitələrindən və innovativ platformalardan geniş istifadə edilməsi barədə danışıqlar aparılıb.

Vurğulanıb ki, 2026-cı il ərzində daha çox keçmiş məcburi köçkün ailəsinin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi planlaşdırılır və bu müqəddəs missiyada dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı həlledici əhəmiyyət kəsb edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
95
525.az

1Mənbələr