AZ

Rusiya SSRİ yə görə məhkəməyə veriləcək

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Polşa Sovet cinayətlərinə görə Rusiyaya qarşı təzminat tələb edən məhkəmə iddiası hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşr yazır ki, proses Baş nazir Donald Tuskın göstərişi ilə həyata keçirilir. Məlumata görə, Polşa Rusiya və Almaniyadan İkinci Dünya müharibəsi cinayətlərinə görə 1,3 trilyon avro məbləğində təzminat tələb etmək niyyətindədir.

Hətta Tuskın Rusiyanın tarixi cinayətlərini araşdırmaq üçün institut direktoru Bartoş Qondekə tapşırıq verdiyi bildirilir. Qondekin sözlərinə görə,  istintaq, xüsusən də Polşanın Sovet təsiri altında qaldığı, soyuq müharibənin qırx ildən çox davam etdiyi dövrü nəzərə alaraq Almaniyaya qarşı ittihamlardan daha əhatəli və dərin hazırlanacaq. 

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
globalinfo.az

1Mənbələr