AZ

Füzulidə ağır qəza: yaralananların son durumu açıqlandı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Füzuli rayonunda ötən gün bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında xəsarət alanların vəziyyəti məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Füzuli Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, fevralın 16-da saat 17:30 radələrində Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi, 2 qadın) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Xəsarət alanlardan 2002-ci il təvəllüdlü kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1981-ci il təvəllüdlü qadının bioloji ölüm faktı qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
globalinfo.az

4Mənbələr