AZ

Paşinyan evləndi

AzVision.az xəbər verir ki, Anna Akopyan özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı paylaşım edib.

“Əziz həmvətənlər, nəzərinizə çatdırıram ki, baş nazir Nikol Paşinyanla vətəndaş nikahım bitib. Bu mövzunun müzakirəsi zamanı hər kəsdən təmkinli və mədəni davranmağı xahiş edirəm”, - Anna Akopyan yazıb.

Bu arada Ermənistan mediası Anna Akopyan və Nikol Paşinyanın nikahının Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) İdarəsində rəsmiləşdirildiyini bildirir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
26
azvision.az

1Mənbələr