AZ

İstanbulda məşhurlara qarşı narkotik əməliyyatı: Tanınmış simalar saxlanıldı

İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik və fahişəliyə təşviq istintaqı çərçivəsində 25 şübhəli barəsində gözaltı qərarı verilib.

Azreform.info "Hürriyet"ə istinadla xəbər verir ki, onlar “Narkotik vasitələrdən istifadə”, “Fahişəliyə təşviq və vasitəçilik etmə” və “Narkotik və ya psixotrop maddələrin istifadəsini asanlaşdırma” maddələri ilə ittiham olunurlar.

İstanbul Polis İdarəsi Narkotik Şöbə Müdirliyi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 17 nəfər saxlanılıb. Saxlanılanlar arasında müğənnilər Murat Dalkılıç və Kaan Tangöze, aktyor İsmail Hacıoğlu və sosial media fenomeni Kemal Doğulu da var.

Şübhəlilərin ünvanlarında axtarış və müsadirə tədbirləri aparılıb. Məlumata görə, şübhəlilərdən biri xaricdədir. Digər şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Həmidə İbrahimova

Seçilən
1
1
azreform.info

2Mənbələr