Bakı. Trend:
Yerin təkindən istifadənin növlərinin siyahısıgenişləndiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəolunan “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, su anbarlarında və ya sututarlardatoplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin vəya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılansüxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasınadaxil ediləcək.
Bildirilib ki, Azərbaycanda su ehtiyatlarının artırılması,əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatınınyaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının vəsututarların təmizlənməsi nəzərdə tutulur.
Bu da həmin sututarlarda toplanmış milyonlarla kubmetr qum,qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadidövriyyəyə cəlb olunması ilə nəticələnəcək.
Həmçinin, ölkədə yol infrastrukturunun yaxşılaşdırılmasıçərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindənsüxurların çıxarılması ilə nəticələnir.
Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasınınyaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığıntəmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmətedəcək.