AZ

Yerin təki birbaşa danışıqlar yolu ilə istifadəyə veriləcək

Bakı. Trend:

Yer təkinin istifadəyə verilməsi qaydalarıtəkmilləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəolunan “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, yerin təkinin istifadəyə birbaşadanışıqlar yolu ilə verilməsi qaydası müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənediləcək.

Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğulolan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılmasıtədbirlərinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Bildirilib ki, yerin təki istifadəyə icazə əsasında bu Qanun və“Lisenziyalar və icazələr haqqında” Qanunula müəyyən olunmuşqaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlarəsasında verilir.

Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin(qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləriistisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsihallarının siyahısı da təsdiq edilib.

Təklif olunan dəyişikllik isə yerin təkinin istifadəyə birbaşadanışıqlar yolu ilə verilməsi qaydasının təsdiq edilməsini nəzərdətutur.

Bu da birbaşa danışıqlar yolu ilə verilən istifadəçilərinmüəyyən edilməsi sahəsində şəffaflığın yüksəlməsinə, hüquqimüəyyənliyin artmasına xidmət edəcək.

Seçilən
66
3
az.trend.az

4Mənbələr