AZ

“Rəqəmsal savadlı cəmiyyət olmadan texnoloji sıçrayış mümkün deyil” ƏLİ MƏSİMLİ

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin deputatı Əli Məsimli müasir dövrdə süni intellekt və rəqəmsal bacarıqların ölkələrin inkişafında oynadığı rol barədə fikirlərini açıqlayıb.

Gununsesi.info–nun xəbərinə görə, deputat bildirib ki, hazırkı mərhələdə qlobal rəqabət artıq yalnız iqtisadi resurslarla müəyyən olunmur:

“Müasir dövrdə üstünlük qazanan ölkələr intellektual və texnoloji potensialını gücləndirən dövlətlərdir. Süni intellekt və rəqəmsal bacarıqlar gələcəyin əsas inkişaf faktoruna çevrilib. Bu istiqamətdə bir neçə prioritet sahəyə xüsusi diqqət yetirilməlidir. O vurğulayıb ki, ilk növbədə təhsil sistemi rəqəmsal bacarıqların formalaşdırılmasına uyğunlaşdırılmalıdır, informasiya texnologiyaları və süni intellekt sahəsində ixtisaslaşmış kadr hazırlığı genişləndirilməlidir. Deputat həmçinin gənclərin rəqəmsal savadlılığının artırılmasının və dövlət idarəçiliyində süni intellektdən istifadənin vacibliyini qeyd edib.

Süni intellekt qərarvermə prosesində analiz və proqnozlaşdırma baxımından mühüm yardımçı mexanizm kimi çıxış edə bilər. Bu isə idarəetmənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi deməkdir”.

Deputat Azərbaycanın bu sahədə mühüm üstünlüklərə malik olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkəmizin Asiya ilə Avropa arasında və Şimal–Cənub dəhlizi üzərində yerləşməsi, güclü və dayanıqlı enerji təminatı, qlobal maliyyə fondları ilə əməkdaşlıq imkanları, eləcə də ABŞ və bir sıra Avropa ölkələri ilə imzalanmış strateji tərəfdaşlıq sənədləri rəqəmsal inkişaf üçün əlverişli zəmin yaradır.

Əli Məsimli hesab edir ki, mövcud potensialdan düzgün istifadə etməklə Azərbaycan regionda rəqəmsal tranzit və məlumat mərkəzinə çevrilə bilər.

“Rəqəmsal savadlı cəmiyyət formalaşdırmadan texnoloji sıçrayış mümkün deyil. İnsan kapitalına investisiya, innovativ düşüncə tərzinin təşviqi və süni intellektin geniş tətbiqi Azərbaycanın gələcək inkişafının əsas təminatıdır”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr