AZ

Toxumun qiyməti ikiqat ARTDI - Kartof BAHALAŞACAQ?

Tovuzda kartof toxumlarının səpilməsinə başlanılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, fermerlər bildiriblər ki, bu il toxumun qiymətində müəyyən qədər artım müşahidə edilir. Onların sözlərinə görə, 1 hektardan 50 tona yaxın kartof əldə edə bilirlər:

"Əvvəl 1 hektar üçün 5-6 min xərc çəkirdiksə, indi bu rəqəm 10 min manat civarındadır. Ölkəmizə Rusiya, Ukrayna və digər ölkələrdən gətirilən sertifikatlı toxumların qiymətində 2 dəfə artım var. Ötən il toxumun bir kiloqramın 70 qəpiyə alırdıqsa, bu il 1.30-1.40 aralığındadır. Toxuma tələbatın çox olması da qiymət artımına səbəb olur". 

Fermerlər bu artımların qiymətlərə də təsirsiz ötüşməyəcəyini bildiriiblər.

Mütəxəssislər isə fermerlərin yerli toxumları əkməkdə maraqlı olmadıqlarını qeyd edirlər. Onların sözlərinə görə, bəzi fermerlər kartof üçün toxumu xaricdən alırlar. Bunun da spesifik çətinlikləri var.

Qeyd edək ki, bir hektar sahəyə toxumun böyüklüyündən asılı olaraq 3-4 ton kartof əkilir. 

Seçilən
35
5
day.az

6Mənbələr