Bu gün Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə start veriləcək.
“Qalatasaray” “Yuventus”la qarşılaşacaq. İlk matç Türkiyədə keçiriləcək.
Apasport.az İstanbul nəhənginin “qoca sinyora” və İtaliya klubları ilə bağlı statistikasını təqdim edir.
“Cimbom” tarixdə 6 dəfə “Yuventus”la qarşılaşıb. Bunların hamısı Çempionlar Liqası çərçivəsində baş tutub. İlk dəfə 1998/99 mövsümündə üz-üzə gələn rəqiblərin duellərində “Qalatasaray” üstündür.
İstanbullular bu matçlarda 2 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə məğlub olub. Həmin qalibiyyətlər komandalar arasındakı son üç matça təsadüf edib. Top fərqi də Türkiyə təmsilçisinin xeyrinədir – 9:7.
“Qalatasaray” ümumilikdə 26 dəfə İtaliya klubları ilə qarşılaşıb. “Cimbom” “Milan”la 6, “Roma” ilə 4, “Parma” ilə 2, “Bolonya” ilə 2, “Latsio” ilə 6 dəfə üz-üzə gəlib.
Tərəflər hərəyə 8 qələbə qazanıbsa, 10 görüş heç-heçə yekunlaşıb. Rəqib qapılarından 32 top keçirən “sarı-qırmızılılar” 38 qol buraxıb.
Tarix
Mövsüm
Turnir
Mərhələ
Oyun
Hesab
23.01.1963
1962/63
AK
1/4 final
"Qalatasaray" - "Milan"
1:3
13.03.1963
1962/63
AK
1/4 final
"Milan" - "Qalatasaray"
5:0
25.11.1992
1992/93
AL
1/8 final
"Roma" - "Qalatasaray"
3:1
09.12.1992
1992/93
AL
1/8 final
"Qalatasaray" - "Roma"
3:2
01.10.1997
1997/98
ÇL
Qrup
"Parma" - "Qalatasaray"
2:0
10.12.1997
1997/98
ÇL
Qrup
"Qalatasaray" - "Parma
1:1
16.09.1998
1998/99
ÇL
Qrup
"Yuventus" - "Qalatasaray"
2:2
02.12.1998
1998/99
ÇL
Qrup
"Qalatasaray" - "Yuventus"
1:1
21.09.1999
1999/00
ÇL
Qrup
"Milan" - "Qalatasaray"
2:1
03.11.1999
1999/00
ÇL
Qrup
"Qalatasaray" - "Milan"
3:2
23.11.1999
1999/00
AL
1/8 final
"Bolonya" - "Qalatasaray"
1:1
09.12.1999
1999/00
AL
1/8 final
"Qalatasaray" - "Bolonya"
2:1
21.11.2000
2000/01
ÇL
Qrup
"Milan" - "Qalatasaray"
2:2
07.03.2001
2000/01
ÇL
Qrup
"Qalatasaray" - "Milan"
2:0
11.09.2001
2001/02
ÇL
Qrup
"Qalatasaray" - "Latsio"
1:0
24.10.2001
2001/02
ÇL
Qrup
"Latsio" - "Qalatasaray"
1:0
20.11.2001
2001/02
ÇL
Qrup
"Qalatasaray" - "Roma"
1:1
13.03.2002
2001/02
ÇL
Qrup
"Roma" - "Qalatasaray"
1:1
17.09.2003
2003/04
ÇL
Qrup
"Yuventus" - "Qalatasaray"
2:1
02.12.2003
2003/04
ÇL
Qrup
"Qalatasaray" - "Yuventus"
2:0
02.10.2013
2013/14
ÇL
Qrup
"Yuventus" - "Qalatasaray"
2:2
11.12.2013
2013/14
ÇL
Qrup
"Qalatasaray" - "Yuventus"
1:0
18.02.2016
2015/16
Al
1/8 final
"Qalatasaray" - "Latsio"
1:1
25.02.2016
2015/16
AL
1/8 final
"Latsio" - "Qalatasaray"
3:1
16.09.2021
2021/22
AL
Qrup
"Qalatasaray" - "Latsio"
1:0
09.12.2021
2021/22
AL
Qrup
"Latsio" - "Qalatasaray"
0:0
“Araz-Naxçıvan”: 22 komanda arasında 14-cü
Azərbaycan klublarından yeni rekord - STATİSTİKA
Tarixdə bu gün: Braziliya 3-cü dəfə dünya çempionu olub
“Vulverhempton”dan “Siti”yə - RƏSMİ
Azarkeşlər Müllerlə belə vidalaşdı - VİDEO