Cəlilabad rayonunda qardaşının həyat yoldaşını öldürməkdə ittiham olunan Təhmasib Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib.
Məhkəmənin hökmünə müvafiq olaraq, təqsirləndirilən şəxs Təhmasib Əliyev 18 il 6 ay müddətinə həbs cəzasına məhkum olunub.
Xatırladaq ki, cinayət hadisəsi ötən ilin avqust ayında Cəlilabad rayonu ərazisində qeydə alınıb. Qanlı hadisənin motivi mülk mübahisəsi olub. Qətli törətməkdə günahkar bilinən Təhmasib Əliyev cinayətdən əvvəl mülk üstündə yaranan mübahisə zəminində Rəviyyə Nərimanovanı hədələyib. Hadisə günü o, pəncərədən evə girərək Rəviyyə Nərimanovanı yataq otağında amansızlıqla öldürüb.
Məlum olub ki, təqsirləndirilən Təhmasib Əliyev əvvəllər də məhkum edilibmiş.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham irəli sürülmüşdü.