AZ

Elçin Cəfərov: "Hər gün toya getmək bir şey deyil!"

Müğənni Elçin Cəfərov açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Mədəni Şou" verilişinə qonaq olan ifaçı səsləndirdiyi "Hər gün toya getmək bir şey deyil" fikirlərinə bir daha aydınlıq gətirib.

Elçin Cəfərov qeyd edib ki, hələ də belə düşünür. Sənətçi vurğulayıb ki, hər gün toya gedəndə bu adi hala çevrilir və işə olan həyəcan, sevgi ölür:

"Hər bir şeyi təkrar edəndə adiləşir. Bu toya getməyə də həmçinin başqa şeylərə də aiddir. Bu təkrarlananda ailəşir və sənə artıq iş kimi görünür. Getdiyin məclisdə deyirsən ki "Mahnımı oxuyacağam və səhnədən enəcəyəm". Bu məqamda hissiyat, həyəcan ölür. Bəlkə də ona görə belə düşünürəm. Lakin hər gün toya gedənlərə də pis baxmıram".

Ətraflı videoda:

Seçilən
23
far.az

1Mənbələr