AZ

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alındı

Azərbaycan Premyer Liqasının XX turunda cəmi 8 qol vurulub.
 
Moderator.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, baş tutan 6 oyunda orta məhsuldarlıq 1,33-ə bərabər olub.
 
Vurulan topların yarısı “Kəpəz” – “Neftçi” görüşündə (1:3) qeydə alınıb. “İmişli” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçlarında qonaqlar, “Zirə” – “Karvan-Yevlax” və “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb. “Şamaxı” – “Turan Tovuz” oyunu isə 0:0 hesabı ilə başa çatıb.
 
Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol IV turda vurulub – 9 top (orta məhsuldarlıq 1,50).
 
Qeyd edək ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün XXIX turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1,20 olub.
 
Seçilən
28
16
moderator.az

10Mənbələr