AZ

Ürək-damar sağlamlığı üçün ən faydalı məhsullar

Qastroenteroloq Evgeny Belousov, ürək və bağırsaq üçün ən xeyirli qidaları açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu haqda o, aif.ru-ya danışıb.

Belousovun sözlərinə görə, həzm sistemi və ürək-damar sağlamlığı üçün ən faydalı məhsullar paxlalılardır.

"Lobya, noxud, mərcimək, nohut, soya bitki zülalı, mürəkkəb karbohidratlar, lif və mikroelementləri aşağı yağ tərkibi və demək olar ki, doymuş yağların olmaması ilə birləşdirir. Bu səbəbdən onları sağlam qidalanma planlarının hamısına — Aralıq dənizi dietasından tutmuş vegetarian qidalanmaya qədər daxil edirlər", — deyə həkim bildirib.

O vurğulayıb ki, araşdırmalar göstərir ki, paxlalıların müntəzəm istehlakı ürək-damar xəstəlikləri riskini azaldır. Bundan əlavə, onlar II tip diabetin, artıq çəkinin və bəzi xərçəng növlərinin profilaktikası üçün faydalıdır. Həmçinin, paxlalılar bağırsaq mikrobiotasına da müsbət təsir göstərir.

Aytəkin TOFİQQIZI

Seçilən
12
redaktor.az

1Mənbələr