AZ

II Qaregin çıxılmaz durumda: İfadə verməkdən imtina etdi

Bütün ermənilərin katolikosu II Qaregin cinayət işi üzrə ifadə verməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, katolikos müstəntiqlə görüş zamanı hüququndan istifadə edərək ifadə verməkdən imtina edib.

Nəşrin məlumatına görə, iş üzrə müstəntiq Ara Avakyan, prokuror isə əvvəllər Ermənistan İstintaq Komitəsində çalışmış Xaçatur Qalstyandır.

Bir müddət əvvəl Ermənistan İstintaq Komitəsi, Bütün Ermənilərin Katolikosu II Qareginin Erməni Apostol Kilsəsi ilə münaqişəsində Ermənistan hökumətini dəstəkləyən yepiskop Gevork Saroyanın (dünyəvi soyadı Arman Saroyan) vəzifəsindən azad edilməsi qərarından sonra cinayət işinin açıldığını elan etmişdi. İş "məhkəmə qərarının icra edilməməsi və ya onun icrasına mane olma" və "məhkəmə qərarının icra edilməməsinə təhrik etmə" maddələri ilə açılmışdı. Vəkil Ara Zohrabyan bildirib ki, prokurorluq katolikosun Ermənistanı tərk etməsinə qadağa qoyub.

Seçilən
34
publika.az

1Mənbələr