AZ

Hakimlər VAR dan asılı vəziyyətə düşüblər

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runi hakimlərin VAR sistemindən həddən artıq yararlanmasını tənqid edib.

Fanat.Az xəbər verir ki, BBC əfsanəvi ingiltərəli futbolçunun fikirlərini belə çatdırıb:

"Hakimlər VAR-dan çox asılı vəziyyətə düşüblər. Təəssüf ki, indi hakimlər kömək almağa öyrəşiblər. Dəfələrlə bu sistem onları xilas edib. Hər dəfə qərar verməzdən əvvəl VAR müdaxiləsini gözləyirlər. Heç olmasa, adi epizodlarda VAR olmadan onlar öz qərarlarını verməlidirlər. Yəqin ki, bayraq qaldırmamağa öyrəşiblər. Heç kim hakimliyin çox çətin bir iş olduğunu inkar etmir. Düşünürəm ki, bir müddət əvvəl onların dəstəyə ehtiyacı var idi və onlar bunu VAR-dan aldılar. İndi isə ondan asılı vəziyyətə düşüblər. Bu sistem, texnologiyanın istifadə edilmədiyi matçlarda hakimlərin qərar qəbuletmə keyfiyyətinə mənfi təsir göstərir".

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
fanat.az

2Mənbələr