AZ

Yaponiyalı fiqurlu konkisürənlər dünya rekordu ilə Olimpiya çempionu olublar - VİDEO

Yaponiyanın fiqurlu konkisürənlər dueti Riku Miura və Ryuiti Kihara 25-ci Qış Olimpiya Oyunlarında tarixi uğura imza atıblar.

İdman.Biz xəbər verir ki, onlar cütlüklərin sərbəst proqramında 158,13 xal toplayaraq yeni dünya rekordunun sahibi olublar və yarışın qızıl medallarını qazanıblar.

Bundan əvvəlki rekord 2022-ci ildən rusiyalı Anastasiya Mişina və Aleksandr Qallyamova (157,66 xal) məxsus idi

Qeyd edək ki, İtaliyada keçirilən 25-ci Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.

İdman.Biz
Seçilən
3
1
idman.biz

4Mənbələr