AZ

Peter Pelleqrini Qarabağa səfər edəcək

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il Slovakiya ilə Azərbaycan arasında bir sıra yüksək səviyyəli rəsmi və işgüzar səfərlər planlaşdırılıb.

Axar.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov deyib.

Səfirin sözlərinə görə, bu il Slovakiya Prezidenti Peter Pelleqrini və Slovakiya Milli Şurasının sədri Rixard Raşinin Azərbaycana səfərləri nəzərdə tutulur.

“Hazırda bu səfərlərin vaxtının razılaşdırılması istiqamətində iş aparılır. Bizdə olan məlumata görə, Prezident və Milli Şuranın sədri Azərbaycana səfərləri zamanı azad olunmuş ərazilərə də baş çəkməyi planlaşdırır”, - diplomat qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
6
axar.az

7Mənbələr