AZ

ABŞ də hokkey oyununda FACİƏ: Ata dəhşət saçdı VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ hüquq-mühafizə orqanları fevralın 16-da Rod-Aylend ştatının Pautuket şəhərində iki məktəb komandası arasındakı hokkey qarşılaşması zamanı atışmada şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirib.

Oxu.Az-ın "New York Post" nəşrinə istinadən yaydığı məlumata əsasən, həmin şəxs hokkey turnirində çıxış edən Şimali Providens Liseyinin buraxılış sinif şagirdinin atası, 56 yaşlı Robert Dorqan olub.

Polisin açıqlamasına görə, "ciddi psixi sağlamlıq problemləri"ndən əziyyət çəkən Dorqan oyunu izləyən ailə üzvlərini hədəf alıb. O, həyat yoldaşını və qardaşını qətlə yetirdikdən sonra hadisə yerində özünə qəsd edib. Yaralanan digər üç nəfər xəstəxanaya çatdırılıb və onların vəziyyətinin ağır olduğu bildirilir.

Həmçinin qeyd olunub ki, Dorqan özünü açıq şəkildə qadın (transgender) kimi təqdim edirmiş. Bu fakt onun "X" sosial şəbəkəsindəki profil məlumatları sayəsində məlum olub.

Təcavüzkar Roberta qadın adından, eləcə də Dorqano və Esposito soyadlarından istifadə edib. Transgender şəxs sosial media hesablarında LGBT ideologiyasını tənqid edənlərə qarşı zorakılıq tətbiq etmək barədə hədələr səsləndirib.

Şahidlərin ifadələrinə əsasən, üzərində odlu silah gəzdirən digər bir hokkeyçinin valideyni Dorqanı tərksilah etməyə cəhd göstərib. Hüquq-mühafizə orqanları hadisə yerindəki bütün silahları müsadirə edib.

İnsidentin səbəbi barədə hələlik rəsmi məlumat verilməyib. Polis əməkdaşları faciənin başvermə səbəblərini araşdırmağa davam edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
oxu.az

1Mənbələr