AZ

FİFA-da DÇ-2026 ilə bağlı narahatlıq artır

style='margin-bottom:10px;'>

2026-cı il dünya çempionatı ilə bağlı gözlənilən ajiotajın olmaması FİFA-da narahatlıq doğurur.

QOL.az-ın “The Touchline” nəşrinə istinadən yaydığı məlumata görə, turnirin startına dörd ay qalmış bir çox oyunlara biletlər hələ də satılmayıb. Bildirilir ki, yarışın miqyası və təşkilati səviyyəsi azarkeşlərin maraq səviyyəsinə uyğun gəlmir. Mənbənin iddiasına əsasən, bu vəziyyət FİFA rəhbərliyində suallar yaradıb.

Qurum 48 komandanın ilk dəfə iştirak edəcəyi mundiala marağın niyə aşağı olduğunu izah etməkdə çətinlik çəkir.

DÇ-2026 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə 48 yığma 4 komandadan ibarət 12 qrupa bölünüb.

Seçilən
67
1
teleqraf.com

2Mənbələr