AZ

Füzulidə bir nəfərin öldüyü avtoqəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Füzuli rayonunda ötən gün bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında xəsarət alanların vəziyyəti məlum olub.

"Far.Az"un Qarabaq bürosu xəbər verir ki, bu barədə Füzuli Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, fevralın 16-da saat 17:30 radələrində Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi, 2 qadın) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Xəsarət alanlardan 2002-ci il təvəllüdlü kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1981-ci il təvəllüdlü qadının bioloji ölüm faktı qeydə alınıb.

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Kərimbəyli kəndi qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan 44 yaşlı Beyləqan rayon sakini Tərgül Allahyar qızı Mirzəyeva hadisə yerində keçinib.

"Mercedes"in sürücüsü Bakir Qardaşxanov və onun sərnişinləri - Qalsanov Sərvan Mahmud oğlu, Ağalarzadə Rauf Vüqar oğlu və Atakişiyeva Brilyant Təbriz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır

Seçilən
31
2
far.az

4Mənbələr