Ajans.az Valyuta.az-a istinadən xəbər verir ki, Museyib Bayramov İnvestisiya və Xəzinədarlıq üzrə rəhbər təyin edilib. M.Bayramov bu vəzifəsinə qədər, 2015-ci ildə “AccessBank”da aparıcı Kredit mütəxəssisi kimi, 2025-ci ildə “Paşa Bank”da Kredit və Risk təhlili üzrə komanda rəhbəri vəzifəsində çalışıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. Qeyd edək ki, o, rus və ingilis dillərini bilir.