AZ

ABŞ pilotları F 16 larla Kiyev səmasında...

Axar.az saytına istinadən ain.az xəbər verir.

Ukraynanın bəzi F-16 təyyarələri 6 aylıq müqavilə ilə veteran amerikalı və hollandiyalı pilotlar tərəfindən idarə olunur.

Axar.az xəbər verir ki, bu barədə Fransanın “İntelligence Online” nəşri məlumat yayıb.

“Ukrayna ukraynalı, amerikalı və hollandiyalı pilotlardan ibarət F-16 eskadrilyası yaradıb. Onlar səmanı Rusiya raketlərinə və dronlarına qarşı qorumağa kömək edirlər.

Eskadrilya son həftələrdə yeni F-16-ları idarə etmək üçün ciddi məxfilik şəraitində yaradılıb. Bölmə daim Rusiya hava hücumlarına məruz qalan Kiyev bölgəsi üzərindəki səmanın qorunmasında əsas rol oynayır.

Eskadrilyaya Əfqanıstanda geniş döyüş təcrübəsi olan amerikalı pilotlar daxildir. Onlardan biri Ukraynanın müdafiəsinə qoşulmazdan əvvəl Yaxın Şərqdəki əməliyyatlarda iştirak edib.

Hollandiyalı pilotlar isə müasir ələ keçirmə taktikaları və yüksək texnologiyalı hava müharibəsi üzrə ixtisaslaşmış elit Avropa hava döyüş məktəblərində təlim keçmiş pilotlardır”, - məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
axar.az

1Mənbələr