AZ

ABŞ Prezidenti Donald Tramp Ukraynaya xəbərdarlıq edib

17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək üçtərəfli sülh danışıqlarının yeni mərhələsindən əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynaya xəbərdarlıq edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

O bildirib ki, Kiyevin qarşıdan gələn danışıqlar prosesində fəal iştirak etməsini gözləyir və Ukraynanın Rusiya ilə mümkün qədər tez bir zamanda razılığa gəlməsinə ümid edir.

Tramp Kiyevə Rusiya ilə tez bir zamanda razılığa gəlməsi üçün təzyiqi artırıb və qeyd edib ki, Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmalıdır.

"Bizim fürsətimiz var. Onların razılığa gəlməsini istəyirik", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
48
missiya.az

1Mənbələr