AZ

Azərbaycandan İrana və əks istiqamətdə təbii qaz ixracının həcmi açıqlandı

Bakı. TurkicWorld:

2025-ci ildə Azərbaycandan İran İslam Respublikasına 9,032 milyon ABŞ dolları dəyərində 134,2 milyon kubmetr təbii qaz ixrac olunub.

TurkicWorld bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ildə Azərbaycandan sözügedən ölkəyə təbii qaz ixracı qeydə alınmayıb.

Eyni zamanda ötən il Azərbaycan İrandan 3,987 milyon ABŞ dolları dəyərində 59,243 milyon kubmetr təbii qaz idxal edib. 2024-cü ildə isə Azərbaycana İrandan təbii qaz idxalı qeydə alınmayıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan xaricə ümumilikdə 8,821 milyard ABŞ dolları dəyərində 25,187 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər ifadəsində 414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 584,9 milyon kubmetr və ya 2,3% azdır.

Eyni zamanda 2025-ci ildə Azərbaycana 44,325 milyon ABŞ dolları dəyərində 319,326 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 42,7 milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 227,5 milyon kubmetr və yaxud 1,7 dəfə azdır.

Seçilən
26
1
turkic.world

2Mənbələr