AZ

Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb

Fevralın 16-da saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Göygöl Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

***10:28

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib.

Şagirdlər dərhal xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.

İlkin iddialara görə, onlar məktəbdə yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
44
1
far.az

10Mənbələr