AZ

Azərbaycandan İrana və əks istiqamətdə təbii qaz ixracının həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan İran İslam Respublikasına 9,032milyon ABŞ dolları dəyərində 134,2 milyon kubmetr təbii qaz ixracolunub.

Trend bubarədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

2024-cü ildə Azərbaycandan sözügedən ölkəyə təbii qaz ixracıqeydə alınmayıb.

Eyni zamanda ötən il Azərbaycan İrandan 3,987 milyon ABŞ dollarıdəyərində 59,243 milyon kubmetr təbii qaz idxal edib. 2024-cü ildəisə Azərbaycana İrandan təbii qaz idxalı qeydə alınmayıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan xaricə ümumilikdə 8,821milyard ABŞ dolları dəyərində 25,187 milyard kubmetr təbii qazixrac edilib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyərifadəsində 414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımındanisə 584,9 milyon kubmetr və ya 2,3% azdır.

Eyni zamanda 2025-ci ildə Azərbaycana 44,325 milyon ABŞ dollarıdəyərində 319,326 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə biril əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 42,7 milyonABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 227,5 milyon kubmetrvə yaxud 1,7 dəfə azdır.

Məqalədə:
Seçilən
34
1
az.trend.az

2Mənbələr