AZ

İstanbulda əməliyyat: 17 məşhur saxlanıldı

Yazını böyüt
Yazını kiçilt

İstanbul Baş Prokurorluğunun Qaçaqçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə üzrə İstintaq Bürosu tərəfindən bu səhər genişmiqyaslı əməliyyat keçirilib.

Hafta.az yazır ki, İstanbul Polis İdarəsinin Narkotik Şöbəsinin qrupları səhər tezdən 25 şübhəli üzərində eyni vaxtda reydlər keçirib. Saxlanılanlar arasında pop müğənnisi Murat Dalkılıç, aktyor İsmayıl Hacıoğlu, “Duman” qrupunun solisti Kaan Tangözə və moda dünyasının tanınmış simalarından Kəmal Doğulu da var.

Həmçinin, qida sektorundan tanınmış iş adamları Murathan Kurt və Nailcan Kurtun da saxlanılanlar siyahısında olduğu öyrənilib. Şübhəlilər Türkiyə Cinayət Məcəlləsinin (TCM) üç fərqli maddəsi ilə iş üzrə təhqiq olunurlar. İşdəki ittihamlar arasında Türkiyə Cinayət Məcəlləsinin (TCM) 191-ci maddəsi ilə narkotik maddə istifadəsi və saxlanması, 227-ci maddə ilə fahişəliyə təhrik etmə və asanlaşdırma və 190-cı maddə ilə narkotik maddə istifadəsinə kömək etmək var. Saxlanılanlar sağlamlıq müayinəsindən keçmək üçün xəstəxanaya aparılıblar. Prosedurdan sonra şübhəlilər narkotik testi üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılacaq və sonra polis bölməsində ifadələri alınacaq. Prokurorluq ifadələri alındıqdan sonra şəxslərin həbs tələbi ilə məhkəməyə göndərilib-göndərilməməsinə qərar verəcək.

2025-ci ilin oktyabr ayında başlayan genişmiqyaslı istintaqın bir hissəsi olaraq bir çox tanınmış şəxs ifadə verib və indiyə qədər 26 nəfər həbs edilib. Bu son əməliyyatla iş üzrə şübhəlilərin sayı artıb və bir şübhəlinin xaricdə olduğu müəyyən edilib.

Seçilən
84
hafta.az

1Mənbələr