Xəbər verdiyimiz kimi, Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını elan edib.
“Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatdı. Hər kəsdən bu mövzunu müzakirə edərkən təmkinli və nəzakətli olmağı xahiş edirəm”, - deyə Akopyan sosial şəbəkə hesablarında yazıb.
Publika.az xəbər verir ki, bu açıqlama bir neçə ay əvvəl yayılan iddiaları yenidən gündəmə gətirib.
Belə ki, 2025-ci ilin sentyabrında Rusiya mediası və sosial şəbəkələrdə Ermənistan Baş nazirinin həyat yoldaşının türkiyəli aktyor Can Yamanla münasibətdə olması barədə iddialar yayılmışdı.
İddialara görə, Anna Akopyan və Can Yaman son aylarda Avropada bir neçə dəfə görüşüblər. Hətta Akopyanın həmin görüşlər zamanı diplomatik pasportdan istifadə etdiyi də irəli sürülürdü.