AZ

Azərbaycan çempionatında mövsümün antirekordu qeydə alındı

Misli Premyer Liqasının XX turunda cəmi 8 qol vurulub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, baş tutan 6 oyunda orta məhsuldarlıq 1,33-ə bərabər olub.

Vurulan topların yarısı “Kəpəz” – “Neftçi” görüşündə (1:3) qeydə alınıb. “İmişli” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçlarında qonaqlar, “Zirə” – “Karvan-Yevlax” və “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb.

“Şamaxı” – “Turan Tovuz” oyunu isə 0:0 hesabı ilə başa çatıb. Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol IV turda vurulub – 9 top (orta məhsuldarlıq 1,50). Qeyd edək ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün XXIX turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1,20 olub.

saytlarin hazirlanmasi

Seçilən
30
16
sportal.az

10Mənbələr