AZ

Anna Paşinyandan ayrıldı

Anna Akopyan Ermənistanın baş naziri Nikol Paşinyanla vətəndaş nikahının pozulduğunu açıqlayıb.

Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

“Əziz həmvətənlərim,

Sizə bildirirəm ki, Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım sona çatıb. 

Bu mövzunu müzakirə edərkən hər kəsdən təmkinli və nəzakətli olmağı xahiş edirəm. Təşəkkür edirəm”, – deyə Anna Akopyan yazıb.

Musavat.com bildirir ki, məsələ Ermənistan ictimai-siyasi gündəmində geniş müzakirələrə səbəb olub. Qeyd olunur ki, ölkədə seçki prosesi gedir və iyunun 7-də növbəti seçkilər keçiriləcək. Belə bir dövrdə ailə həyatında baş verən dəyişiklik Paşinyanın seçki kampaniyasına təsir göstərə biləcək faktor kimi qiymətləndirilir.

Hadisənin səbəbləri barədə rəsmi açıqlama verilməyib və ayrılığın motivləri məlum deyil. Ehtimallar müxtəlifdir – şəxsi münasibətlərdə problem, siyasi gərginlik və ya başqa səbəblər. Bununla yanaşı, cütlüyün rəsmi nikahda olmadığı, vətəndaş nikahında yaşadığı da xatırladılır.

Bəzi ehtimallara görə, tərəflərin münasibət statusunu dəyişməsi də mümkündür, lakin hazırda bu barədə təsdiqlənmiş məlumat yoxdur.

Musavat.com

Seçilən
76
editor.az

1Mənbələr