AZ

Nurmaqomedov Maxaçevin növbəti döyüşünün tarixini açıqladı

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

UFC-nin yüngül çəkidə sabiq çempionu Həbib Nurmaqomedov bildirib ki, yarımorta çəkidə hazırkı çempion İslam Maxaçev növbəti döyüşünü 2026-cı ilin yayında keçirəcək.

BAKU.WS xəbər verir ki, Nurmaqomedovun sözlərini "Red Corner MMA" yayıb.

"İslam təxminən iyun və ya iyulda qayıdacaq. O, Ramazandan sonra döyüşəcək. Biz onun növbəti qarşılaşması üzərində işləyirik", – deyə Həbib əlavə edib.

Qeyd edək ki, Maxaçev son döyüşünü 2025-ci ilin noyabrında UFC 322 turnirində keçirib və hakimlərin yekdil qərarı ilə qalib gəlib. Onun qarışıq döyüş növlərində 28 qələbə və 1 məğlubiyyəti var.

Xatırladaq ki, bundan əvvəl Həbib Nurmaqomedov Pyotr Yan və Umar Nurmaqomedov haqqında danışarkən, idmançılar arasında qarşılıqlı antipatiyanın olduğunu bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
1
baku.ws

2Mənbələr